TOP 10

“Qəbələ” çempion elan olundu, avrokuboka vəsiqə qazandı

Futbol
Tarix: 2020-06-01 22:09

“Qəbələ”nin U-19 komandası AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi elan olunub. Sport24.az xəbər verir ki, keçirdiyi 15 oyunda 33 xal toplamaqla yarışın lideri olan “qırmızı-qaralar” koronavirus pandemiyası üzündən dayandırılan və bərpa edilmədən başa çatdırılan mövsümün çempionu olub.


Bununla da “Qəbələ” UEFA-nın 19 yaşadək futbolçular arasında keçirdiyi avrokubok turnirinə - Gənclər Liqasına vəsiqə qazanıb.


Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib. Belə ki, xüsusi karantin rejimi nəzərə alınaraq, bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən telefon zəngi vasitəsilə Birinci Divizion, Gənclər Liqası və digər məsələlər barədə münasibət öyrənilib. Aparılmış geniş müzakirələrdən sonra səs çoxluğu ilə Gənclər Liqası barədə aşağıdakı qərar qəbul olunub:


Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq, mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə əsasən qalib elan olunsun.

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB