TOP 10

Elgiz Abbasov: "Hər turda 2 matç yayımlanacaq"

Futbol
Tarix: 2020-06-01 21:28

Bu mövsüm Azərbaycan Premyer Liqasının və Kubokunun qalan oyunları saat 19:00-dan əvvəl başlamayacaq. Bunu Sport24.az-a açıqlamasında PFL-in Texniki Departamentinin müdiri Elgiz Abbasov deyib.

 

Funksioner matçların yayımlanması məsələsinə də toxunub: "Oyunlar saat 19:00-dan gec başlayacaq. Hər turda 2 görüş yayımlanacaq. "CBC Sport"da nümayiş etdiriləcək ilk oyun saat 19:00-da başlayacaq. İkinci matç, 2 saat sonra, 21:00-da.start götürəcək. Digər iki qarşılaşmaya gəlincə, onlar üçün heç bir spesifiklik yoxdur. Saat 19:00-da və 19:30-da, 20:30-da, 21:00-da və istənilən vaxtda da başlaya bilər. Ancaq 19:00-dan əvvəl olmamaq şərtilə. Turun 1 matçı isə PFL-in "YouTube" kanalında yayımlanacaq".

 


Qeyd edək ki, XXI turun oyunları iyunun 21-də keçiriləcək.
 

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB