TOP 10

Elxan Məmmədov: “Növbəti mövsümə 8 klubla başlamaq daha yaxşıdı, nəinki...”

Futbol
Tarix: 2020-06-01 20:43

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Premyer Liqada və Azərbaycan kubokunda oyun ərzində 5 əvəzetməyə icazə verilməsi barədə qərarın qəbul olunması zərurətindən danışıb. Sport24.az xəbər verir ki, o, bunu uzunmüddətli fasilə ilə əlaqələndirib:


“Koronavirus pandemiyası bizim futbolçulara da təsirsiz ötüşməyib. Məhz bu amil belə bir qərarın qəbul olunmasına səbəb oldu. Hər komanda oyun ərzində beş əvəzetməyə əl ata biləcək. Amam bu əvəzetmələrin 3 dəfəyə həyata keçirilməsi lazımdı”.


Elxan Məmmədov Birinci Divizion, Gənclər Liqası və Region Liqasında mövsümün yarımçıq dayandırılmasına da münasibət bildirib:


“Bu turnirlərdə mübarizə aparan komandaların əksəri müxtəlif regionları təmsil edir. Artıq yay mövsümünün gəlişi ilə əlaqədar oyunların axşam saatlarında keçirilməsi zərurəti yaranır. Amma regionlardakı stadionlarda infrastruktur, xüsusilə işıqlandırma sistemi müvafiq tələblərə cavab vermir. Gündüz saatlarında belə istidə oyun keçirmək isə mümkünsüzdü. Bu amillərlə əlaqədar həmin klubların rəhbərliyi ilə də müzakirələrdən sonra qərara gəldik ki, sözügedən turnirləri yarımçıq dayandıraq”.


Məmmədov növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq klubların sayı ilə də bağlı ictimaiyyəti məlumatlandırıb: “Kəmiyyətdən çox sabitliyə nail olmaq daha yaxşıdı. Növbəti mövsümü 8 komanda ilə davam etdirməyi daha məqsədəuyğun hesab edirik. Hər halda bu, mövsümə 10 klubla başlayıb, az komanda ilə bitirməkdən daha yaxşı olar”.

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB