TOP 10

Çempionşipin bərpa tarixi açıqlandı

Dünya Futbolu
Tarix: 2020-06-01 18:31

Koronavirus pandemiyası səbəbindən dayandırılmış İngiltərə Çempionşipinin bərpa tarixi müəyyənləşib. Sport24.az xəbər verir ki, ölkənin nüfuzuna görə ikinci liqası iyunun 20-də bərpa olunacaq.
 

Bu barədə İngiltərə Futbol Liqasının (EFL) mətbuat xidməti məlumat yayıb.


Xəbərdə bildirilir ki, koronavirusla bağlı tam təhlükəsizlik şərait yaranacağı halda, Çempionşip iyunun 20-dən etibarən davam etdiriləcək. Bütün qarşılaşmaların azarkeşsiz keçiriləcəyi diqqətə çatdırılıb. Komandalara 5 oyunçu dəyişikliyi etməyə icazə veriləcək. Mövsümün isə iyulun 30-da başa çatdırılması nəzərdə tutulur.


Qeyd edək ki, İngiltərə Premyer Liqasında da mübarizə iyunun 17-dən etibarən bərpa olunacaq.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB