TOP 10

Renat Dadaşov “Vulverhempton”un əsas komandasında

Futbol
Tarix: 2020-06-01 10:09

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton” klubunda ayrılıq baş verib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hücumçu Brayt Enobakare ilə yollar ayrılıb.

 

Akademiyanın yetirməsi olan, çıxış etdiyi 2-3 ildə qol hesabını aça bilməyən 22 yaşlı nigeriyalı forvard baş məşqçi Nunu Eşpiritu Santoya lazım olmadığından, onunla əsmən vidalaşıb.

 

Klubun rəsmi saytında portuqaliyalı mütəxəssisin hücum xəttində Raul Ximenes, Leonardo Kampanya və Renat Dadaşova üstünlük verəcəyi yazılıb. Artıq azad agent statusu daşıyan Braytın isə “Birmingem” və ya “Koventri”yə keçidi gözlənilir.

 

Qeyd edək ki, “Vulverhempton”un əvəzedici heyətində çıxış edən Renat klubun futbolçusu olduğu ötən yaydan bu yana əsas komandada debüt etməyib.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB