TOP 10

Avropa Güləş Federasiyasının prezidenti vəfat etdi

Güləş
Tarix: 2020-06-01 09:00

Dünya güləş ailəsi ağır itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Avropa Güləş Federasiyasının (UWW-EU) prezidenti Tseno Tsenov uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.
 

Güləşin inkişafında böyük xidmətləri olan mərhum xüsusən 2013-cü ildə bu idman növünün Olimpiadanın proqramında qalmasında böyük əmək sərf etmişdi.


Qeyd edək ki, Sofiya Universitetinin Tarix və Arxitektura fakültəsini bitirən T.Tsenov Bolqarıstan Güləş Federasiyasında baş katib, vitse-prezident və prezident vəzifələrində çalışmaqla yanaşı, 1978-ci ildən köhnə adı Avropa Güləş Şurası olan qurumun İcraiyyə Komitəsinin üzvü olub. 1996-cı ildən isə bu quruma başçılıq edirdi. Təcrübəli güləş mütəxəssisi 7 dəfə bu qurumun prezident seçkilərində qalib gəlmişdi. T.Tsenov həmçinin 2002-ci ildən Dünya Güləş Birliyinin (UWW) Büro üzvü idi.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB