TOP 10

Şvaynştayger məşqçiliyə başlamaq istəyir

Dünya Futbolu
Tarix: 2020-06-01 12:00

Futbol üzrə Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger məşqçiliyə başlamaq istədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, hazırda 35 yaşı olan keçmiş futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
 

“Nə vaxtsa mənim xoşuma gələcək maraqlı bir variant yaransa, bu barədə düşünəcəyəm. Nə etsəm də, qalib gəlmək və məqsədlərimə çatmaq istəyirəm”.


Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan və karyerasının böyük hissəsini Münhen klubunda keçirən Şvaynştayger İngiltərədə “Mançester Yunayted”, ABŞ-da “Çikaqo Fayr” komandalarının da uğurları üçün çalışıb. 2019-cu ilin oktyabr ayında isə o, peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB