TOP 10

"Ulduzların savaşı": Ramiz Məmmədov "Tobol"u unutdu

Futbol
Tarix: 2020-05-31 23:00

Sport24.az, Football24.az və "İdman TV"nin birgə layihəsi, AFFA-nın dəstəyi ilə həyata keçirilən "Ulduzların savaşı" yarışmasının son cütlüyü Ramiz Məmmədov və Yunis Hüseynovdan ibarət oldu. 

 

 

RAMİZ MƏMMƏDOV - YUNİS HÜSEYNOV

 

1. Bu mütəxəssisin rəhbərliyi altında Azərbaycan millisi ən uzun qol seritasına malikdi. O kimdir?

 

2. Rəsmi matçlarda Azərbaycan millisinin bombardiri kimdir?

 

3. 2011-ci ildə Ramiz Məmmədov "Atırau"nun baş məşqçisi postunda idi. Qazaxıstan klubunun Məmmədovun rəhbərliyi altında son oyunu hansı komandaya qarşı oldu? Qeyd edək ki, illər sonra bu klubun şərəfini Azərbaycan millisinin oyunçusu qoruyurdu.
 

 

 

Ramiz Məmmədov ("Keşlə"nin Futbol Akademiyasının koordinatoru): 

 

1. Məncə, bu, Robert Prosineçkidi. Son qərarım - Robert Prosineçki.

 

2. Ən çox qol vuran Qurban Qurbanovdu. Ancaq bunlara yoldaşlıq oyunları da daxildir. Mahir Emreli və Araz Abdullayev var. Ramil Şeydayevi də bu siyahıya daxil edərdim. Son qərarım - Ramil Şeydayev.

.

3. Deyəsən, "Jetısu" idi. Son qərarım - "Jetısu".

 

 

Yunis Hüseynov (AFFA-nın texniki direktorunun müavini):

 

1. Bu, ya Berti Foqts, ya da Robert Prosineçkidi. Bəlkə Qurban Qurbanov? Son qərarım - Berti Foqts.

 

2. Məni çaşdırdınız. Məncə, bu, Ramil Şeydayevdir. Son matçlarda tez-tez qol vururdu. Ondan başqa Mahir Emreli fərqləndi. Yəqin ki, onların arasında seçim edəcəm. Adının ilk hərfini deyə bilərsinizmi (gülür)? Son qərarım - Ramil Şeydayev.

 

3. Ramiz Məmmədov 2011-ci ilin yanvarında bu komandada təyinat aldı. Onda bu komandaya azarkeşlik edirdim, axı, orda həmyerlimiz işləyirdi. Bəlkə "Astana"? Onların komandalarını düz-əməlli tanımıram. Gözləyin, Emil Balayev bu yaxında ordan qayıtdı. Son qərarım - "Tobol".

 

 

Ramiz Məmmədov təkcə ümumi sualların öhdəsindən gəlmədi, eyni zamanda "Atırau"nun baş məşqçisi postunda son matçını da xatırlaya bilmədi. Ondan fərqli Yunis Hüseynov yalnız ikinci suala doğru cavab vermədi. Milli komandanın rəsmi matçlarda ən çox qol vuran futbolçusu Dmitri Nazarovdur. Buna baxmayaraq, Hüseynov 2:0 hesablı səfər qələbəsi qazanaraq aktivinə 3 xal yazdırdı.
 

 

 

CBCsport
10 Iyul 2020
09 Iyul 2020
B.eÇ.aÇC.aCŞB