TOP 10

"Ulduzların savaşı": Heç kim təslim olmaq istəmirdi

Futbol
Tarix: 2020-05-31 22:45

Sport24.az, Football24.az və "İdman TV"nin birgə layihəsi, AFFA-nın dəstəyi ilə həyata keçirilən "Ulduzların savaşı" yarışmasının üçüncü cütlüyü Mahmud Qurbanov və Samir Əliyevdən ibarət oldu. 

 

 

MAHMUD QURBANOV - SAMİR ƏLİYEV

 

1. Bu mütəxəssisin rəhbərliyi altında Azərbaycan millisi ən uzun qol seritasına malikdi. O kimdir?

 

2. Rəsmi matçlarda Azərbaycan millisinin bombardiri kimdir?

 

3. Mahmud Qurbanovun Premyer Liqada baş məşqçi kimi debütü 2012/13 mövsümünün dördüncü turunda baş verib. Bu, hansı komandaya qarşı olub? Qeyd edək ki, "Kəpəz"in həmin görüşdəki rəqibi Mahmud Qurbanovun son titulunu qazandığı klub idi.

 

 

Mahmud Qurbanov ("Neftçi-2"nin baş məşqçisi): 

 

1. Robert Prosineçki və Berti Foqtsu xatırlayıram. Əsgər Abdullaevin vaxtında Serbiya və Çernoqoriyaya ardıcıl iki oyunda qol vuruldu. Buna baxmayaraq, görünür ki, bu alman mütəxəssisdi. Son qərarım - Berti Foqts.

 

2. Qurban Qurbanov ümumilikdə 14 qol vurub. Dmitri Nazarov və Vaqif Cavadov var. Son qərarım - Dmitri Nazarov.

 

3. "Bakı"ya qarşı oynadıq.  "Bakı"nın bazasında oynayırdıq, 1:3 hesabı ilə məğlub olduq. Son qərarım - "Bakı".

 

 

Samir Əliyev (Azərbaycanın U-19 yığmasının baş məşqçisi): 

 

1. Yalnız bir versiyam var. Son qərarım - Berti Foqts.

 

2. Vaqif Cavadov, Rauf Əliyev, Qurban Qurbanov - məncə, onlardan biridi. Vaqif Cavadova meyllənirəm. Ancaq Vaqif ümumilikdə çətin ki, 8 qol vurub. Bəlkə Dmitri Nazarov? Əfran İsmayılov da ola bilər. Son qərarım - Dmitri Nazarov.

 

3. Bu, "Bakı" olmalıdı. Son qərarım - "Bakı".

 

Rəqiblər bütün sualların öhdəsindən mükəmməl gəldilər və bununla da döyüşkən heç-heçə etdilər. Beləliklə, 3:3 qeydə alındı və bu qarşıdurmada iştirak edənlərin hər biri aktivinə 2 xal yazır.
 

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB