TOP 10

"Ulduzların savaşı": Lider xal itirdi

Futbol
Tarix: 2020-05-31 22:30

Sport24.az, Football24.az və "İdman TV"nin birgə layihəsi, AFFA-nın dəstəyi ilə həyata keçirilən "Ulduzların savaşı" yarışmasının ikinci cütlüyü Şahin Diniyev və Aslan Kərimovdan ibarət olub.

 

 

ŞAHİN DİNİYEV - ASLAN KƏRİMOV

 

1. Bu mütəxəssisin rəhbərliyi altında Azərbaycan millisi ən uzun qol seritasına malikdi. O kimdir?

 

2. Rəsmi matçlarda Azərbaycan millisinin bombardiri kimdir?

 

3. Şahin Diniyev karyerası ərzində beş xarici klubun şərəfini qoruyub - "Nistru" (Moldova), "Fakel", "Terek" (hər ikisi Rusiya), "Hapoel" (Taybe, İsrail), "Beytar" (Təl-Əviv, İsrail). Bu komandalardan yalnız birində fərqlənə bilməyib. Hansı klubdan söhbət gedir?

 

 

Şahin Diniyev (AFFA Məşqçilər Komitəsinin üzvü): 

 

1. İki versiyam var - Robert Prosineçki və Qurban Qurbanov. Qurban ardıcıl 4 belə matç keçirib. Son qərarım - Robert Prosineçki.

 

2. Qurban Qurbanov 14 qol vurdu. Ancaq əksəriyyətinə yoldaşlıq görüşlərində imza atıb. Düşünürəm ki, bu, Vaqif Cavadov və ya Dmitri Nazarovdu. Nazarov yoldaşlıq görüşlərində az oynayıb. Son qərarım - Dmitri Nazarov.

 

3. Cavabı bilirəm. Son qərarım - "Fakel". 

 

 

Aslan Kərimov (AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru): 

 

1. İki namizədim var. Nikola Yurçeviçin rəhbərliyi altında belə uzun seriya keçirdik. Ancaq onun həmyerlisi var - Robert Prosineçki. Son qərarım - Nikola Yurçeviç.
 

2. Dmitri Nazarov və Vaqif Cavadov çox qol vurublar. Çoxunu xatırlayıram. Ümid edirəm bu, Vaqifdir, amma başqa bir cavab verəcəm. Son qərarım - Dmitri Nazarov.
 

3. Burda məntiqə etibar etməlisən. Diniyev İsraildə çox sevildi. Bu siyahıya "Terek"i də əlavə edəcəm. Beləliklə, ya "Nistru", ya da "Fakel"də qol hesabını aça bilməyib. Voronej klubuna üstünlük verəcəm. Son qərarım - "Fakel".

 

 

Lider iki qiymətli xal itirdi. Şahin Diniyev ən uzun qol seriyasını unutdu. Hərçənd, rəqibi də səhv cavab verdi. Və bu seriya Berti Foqtsun rəhbərliyi altında oldu. Rəsmi matçlarda ən çox qol vuran futbolçuya gəlincə, bu, həqiqətən Dmitri Nazarovdu. Milliləşdiirlən yarımmüdafiəçinin hesabında 8 qol var ki, bunlardan 6-ı rəsmi matçlarda reallaşdırıb. 

 

Beləliklə, bu görüşdə 2:2 hesablı heç-heçə qeydə alındı və iştirakçıların hər biri bir xal qazandı. Bunu isə çətin ki, Diniyevin aktivinə yazmaq olar. 

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB