TOP 10

Klublarımız paltardəyişmə otağından istifadə etməyəcəklər - "Qarabağ"dan açıqlama

Futbol
Tarix: 2020-05-31 16:31

Sabahdan məşqləri bərpa edəcək Azərbaycan Premyer Liqası klubları kollektiv şəkildə hazırlaşa biləcəklər. Sport24.az xəbər verir ki, bu barədə "Qarabağ"ın direktoru Əmrah Çəlikəl məlumat verib.

 

Ağdam təmsilçisinin rəsmisi bildirib ki, bununla belə, təhlükəsizliklə bağlı müəyyən qaydalara əməl etmək tələb olunur: "Bununla bağlı AFFA-dan klublara təlimat göndərilib. Əsas məsələ gigiyena və sosial məsafə qaydalarıdır. Məsələn, oyunçular paltardəyişmə otaqlarından istifadə etməyəcəklər: Futbolçular oyunlara hazır vəziyyətdə gələcəklər".

 

Qeyd edək ki, AFFA bu gün Azərbaycan Premyer Liqasının bərpa tarixini açıqlayıb (report.az)

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB