TOP 10

Qurbanovun çıxış etdiyi çempionat da bərpa olunur - dəyişik formatda

Futbol
Tarix: 2020-05-31 15:00

Koronavirus pandemiyası səbəbindən martda 2-ci turdan sonra dayandırılmış Gürcüstan çempionatı iyunun 25-də davam edəcək. Sport24.az xəbər verir ki, Gürcüstan Futbol Federasiyasının (GFF) rəsmi saytında liqanın yenidən başlamazdan əvvəl 10 iştirakçı komandanın hamısının koronavirus üçün iki mərhələli testdən keçəcəyi haqda məlumat yerləşdirilib.

 

Birincisi gələn həftəyə planlaşdırılıb.

 

Üç yarım ay davam edən fasilə səbəbindən çempionatın formatı dəyişdiriləcək. Dörd dairənin əvəzinə komandalar hər biri cəmi 18 matç olmaqla iki dövrə çıxış edəcəklər. İlkin mərhələdə oyunlar boş tribunalarda baş tutacaq. Mövsümün bərpa olunması yalnız əsas liqaya aiddi. Digər liqalarda, həmçinin Gürcüstan kubokunda mübarizəni davam etdirmək qərarı daha sonra veriləcək.
 

Xatırladaq ki, "Sumqayıt"ın sabiq hücumçusu Nicat Qurbanov Grücüstanın yüksək liqasında yeganə təmsilçimizdi. 28 yaşlı futbolçu bir müddətlik fasilədən sonra güclülər dəstəsinə qayıdan çempion "Samtredia"da I Divizionda forma geyinib. 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB