TOP 10

AFFA Hakimlər Departamentinin rəhbəri: "Həftədə 5 dəfə məşq edəcəyik"

Futbol
Tarix: 2020-05-31 13:13

Artıq 2 aydır ki, yerli klublarla yanaşı, hakimlər də işdən kənarda qalıb. AFFA, PFL və Premyer Liqa klublarının nümayəndələrinin iştirak edəcəyi bugünkü videokonfransda çox güman ki, mövsümü bərpa etmək barədə qərar qəbul ediləcək. Bütün klublar yekdilliklə fiziki yükləmərlə bağlı problemlərdən danışırlar və hazırlıq üçün daha uzun müddət tələb edirlər. Lakin axı, hakimlər də buna uyğun formada olmalıdırlar.

 

AFFA Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilov Sport24.az-a açıqlamasında yaxın planları barədə danışıb: "İndi gözləmə vəziyyətindəyik. Axı, mövsümü bərpa etmək üçün rəsmi qərar yoxdu. Buna baxmayaraq, yenidən başlamağa da planımız var".

 

Gənc mütəxəssis toplanış məkanının də artıq seçildiyini sözlərinə əlavə edib:  “Praktik məşğələlərlə yanaşı, nəzəri dərslər də olacaq. Bakı Olimpiya Stadionunun ərazisində hazırlaşacağıq. Bu, hamının eyni oteldə qalacağı təlim-məşq toplanışı olmayacaq. İndiki vəziyyətdə belə bir hüququmuz yoxdu. Həftədə 5 dəfə məşq edəcəyik. Paytaxtdan kənarda yaşayan hakimlər toplanışa qatıla biləcəklərmi? Bəli, dərhal bizə qoşulacaqlar. Ümid edirəm ki, mövsümün davamına hazırlaşmaq üçün ayrılacaq vaxt hakimlər üçün kifayət edəcək".
 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB