TOP 10

Azərbaycanlı futbolçu "Rostov"a dönür

Futbol
Tarix: 2020-05-31 13:00

Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev mövsümün sonunda klubunu dəyişəcək. Sport24.az xəbər verir ki, intizamsızlığa yol verdiyi üçün əvəzedici komandaya göndərilən 24 yaşlı yarımmüdafiəçi sabiq klubu “Rostov”a qayıtmağa hazırlaşır.

 

Belə ki, Rostov təmsilçisinin rəhbərliyi Ayazın transfer etməyin yollarını axtarır. Tərəflər arasında tezliklə danışıqlara start veriləcək. 2018-ci ilin yayında “Spartak”dan 500 min avroya “Rostov”a keçən Quliyev moskvalılar cəmi 6 ay sonra 1 milyon avroya transfer etmişdilər.

 

Qeyd edək ki, Ayaz cari mövsüm bütün turnirlərdə 15 oyun keçirib.
 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB