TOP 10

"Çelsi"nin hücumçusu: "Bakıda xəyallarda idim"

Futbol
Tarix: 2020-05-31 11:11

"Bakıdakı matç mənim üçün xüsusi an idi. Həmin finala əlavə motivasiya ilə hazırlaşmışdım". Sport24.az xəbər verir ki, bunu "Çelsi"nin futbolçusu Olivye Jiru 2018/19 mövsümünün Avropa Liqasının finalında "Arsenal"la keçirilən oyun haqda danışarkən deyib.

 

Bir il əvvəl mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) baş tutan qarşılaşma ilə bağlı xatirələrini bölüşən fransalı forvard həmin gün onda hər şeyin alındığını söyləyib: "Arsenal"a hələ də gücümün olduğunu sübut etməliydim. Qol vurdum, məhsuldar ötürmə verdim və penalti qazandırdım. Hər şey mənim üçün əla alındı, 4 qolun 3-də iştirak etdim. Həmin gün xəyallarda idim. Çünki hər şeyin yaxşı nəticələnəcəyi haqda təsəvvürüm yox idi. "Çelsi" ilə qalib gəlməkdən çox, keçmiş klubumu məğlub etmək istəyi mənə əlavə güc vermişdi".  

 

Qeyd edək ki, "Çelsi" görüşdən 4:1 hesablı qələbə ayrılaraq BOS-da Avropa Liqası Kubokunu başı üzərinə qaldırıb. 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB