TOP 10

“Trabzonspor”da yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-05-31 09:30

Türkiyənin “Trabzonspor” klubu portuqaliyalı futbolçusu Joao Pereyra ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 

36 yaşlı futbolçu ilə anlaşmanın müddəti daha bir il artırılıb. Portuqaliya millisinin sabiq üzvü 2017-ci ildən “Trabzonspor”da çıxış edir.


Joao Pereyra ilə yeni müqavilənin imza mərasimində klub prezidenti Ahmet Ağaoğlu komandanın digər futbolçularından Bilal Başaçıkoğlu və Macid Hosseininin də anlaşmasının yeniləndiyini söyləyib. O, kapitan Jose Sosanın da yeni müqavilə ilə bağlı razılıq verdiyini bəyan edib.


“Trabzonspor”un yaydığı məlumatda o da qeyd olunub ki, Joao Pereyra 2020/21 mövsümü üçün 500 min avro qazanacaq. Klub 25 min avroluq menecerlik haqqı da ödəyəcək.


İranlı futbolçu Macid Hosseini 2020/21 mövsümü üçün 600 min avro məvacib alacaq.


Bilal Başacıkoğlu isə 2 illik yeni müqaviləyə imza atıb. Bu müqavilə ilə o, 2020/21 mövsümündə 2 milyon 750 min TL, 2021/22 mövsümündə isə 2 milyon TL qazanacaq.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB