TOP 10

"Ulduzların savaşı": Subaşiç ev qələbəsi gətirdi

Futbol
Tarix: 2020-05-30 20:30

Sport24.az, Football24.az və "İdman TV"nin birgə layihəsi olan, AFFA-nın dəstəyilə keçirilən "Ulduzların savaşı" bilik yarışmasının sonuncu duelində Yunis Hüseynovla Cahangir Həsənzadə görüşdü.

 

 

YUNİS HÜSEYNOV - CAHANGİR HƏSƏNZADƏ

 

1. Milli komandamıza tarixi ərzində seçmə mərhələdə əvvəldən sona qədər rəhbərlik edən ilk baş məşqçinin adını çəkin...
 

2. Azərbaycan millisinin formasını geyinən bu futbolçu 6 qol vurub - 3-ü rəsmi matçlarda, 3-ü isə yoldaşlıq görüşlərində. Maraqlıdır ki, rəsmi oyunlarda yalnız Tofiq Bəhramov adına Respublika stadionunda fərqlənib və bütün hallarda fasilədən sonra buna imza atıb. Bu üç rəsmi görüşdə milli komandamız uduzmayaraq 2 qələbə qazanıb, 1 heç-heçə edib. "Qara qutu"da kimdi?

 

3. Yunis Hüseynovun rəhbərliyi altında avrokuboklarda ən çox qol vuran futbolçu kimdi?
 

 

Yunis Hüseynov (AFFA-nın texniki direktorunun müavini): 

 

1. Nikola Yurçeviç və Qurban Qurbanov bütün tsikli işlədilər. Hələ İqor Ponomaryov da var idi. Bəlkə Ağasəlim Mircavadov? Ancaq görünür, bu, Ponomaryovdu. Son qərarım - İqor Ponomaryov. 

 

2. Bu, Vaqif Cavadov deyil. Zaur Ramazanov var idi. Bəlkə Zaur Tağızadə? Baxmayaraq ki, hələ Emin İmaməliyev var. Son qərarım - Zaur Tağızadə.

 

3. Məncə, bu, "Xəzər Lənkəran"la baş verdi. Söhbət Subaşiçdən gedir. O, 3 qol vurdu. Evdə və səfərdə "Nımme Kalyu"suna, eləcə də evdə Polşa "Lex"inə. Son qərarım - Branimir Subaşiç.

 

 

Cahangir Həsənzadə (AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri):

1. Məncə, bu, Ponomaryovdu. Son qərarım - İqor Ponomaryov. 

 

2. Vaqif Cavadov var, Zaur Tağızadə var. Son qərarım - Zaur Tağızadə.

 

3. Zaur Ramazanov, Yakubu Bamba - onlar "Karvan"da Yunis Hüseynovun rəhbərliyi altında oynayıblar. Son qərarım - Zaur Ramazanov.

 

 

İlk iki sualdan sonra Cahangir Həsənzadə Yunis Hüseynovla düzgün cavablar nəticəsində bərabər səviyyədə gedirdi. Ancaq rəqibinin karyerası ilə sualda büdrədi. Yunis Hüseynov hər 3 sualın dəqiq cavab verməsi sayəsidə 3:2 hesabı ilə qalib gələrək aktivinə 3 xal yazdırır.
 

 

 

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB