TOP 10

"Ulduzların savaşı": Cavadova "stavka" yenə Ramiz Məmmədovu pis vəziyyətdə qoydu

Futbol
Tarix: 2020-05-30 20:15

Sport24.az, Football24.az və "İdman TV"nin birgə layihəsi olan, AFFA-nın dəstəyilə keçirilən "Ulduzların savaşı" viktorinasının üçüncü cütü Samir Əliyevlə Ramiz Məmmədovdan ibarət oldu.

 

 

SAMİR ƏLİYEV - RAMİZ MƏMMƏDOV

 

1. Milli komandamıza tarixi ərzində seçmə mərhələdə əvvəldən sona qədər rəhbərlik edən ilk baş məşqçinin adını çəkin...
 

2. Azərbaycan millisinin formasını geyinən bu futbolçu 6 qol vurub - 3-ü rəsmi matçlarda, 3-ü isə yoldaşlıq görüşlərində. Maraqlıdır ki, rəsmi oyunlarda yalnız Tofiq Bəhramov adına Respublika stadionunda fərqlənib və bütün hallarda fasilədən sonra buna imza atıb. Bu üç rəsmi görüşdə milli komandamız uduzmayaraq 2 qələbə qazanıb, 1 heç-heçə edib. "Qara qutu"da kimdi?

 

3. Məşqçilik karyerası ərzində Samir Əliyev bir mövsümdə komandanı avrokubok oyunlarına çıxarıb. Bu, "Neftçi" ilə 2015/16 mövsümündə baş verib. Komanda evdə "Mladost"la 2:2, səfərdə isə 1:1 oynayıb. Bakıda hesabı Kamal Qurbanov açıb. Öz hesabına başqa iki qolu bugünədək millimizin şərəfini qoruyan bir futbolçu yazıb. O kimdi?

 

 

Samir Əliyev (Azərbaycanın U-19 yığmasının baş məşqçisi): 

 

1. Bu, Kazbek Tuayev və ya Vaqif Sadıqov deyil. Əcnəbidirsə, deməli, bu, Berti Foqtsdu, amma yerli mütəxəssisə meylliyəm. Son qərarım - Əsgər Abdullayev.

 

2. Bu, Vaqif Cavadov deyil. Rauf Əliyev də Şimali İrlandiyada qol vurdu. Beləliklə, bu versiya da qüvvədən düşür. Bəlkə Zaur Tağızadə? Son qərarım - Zaur Tağızadə.

 

3. Əlbəttə, avrokuboklarda debütü unutmaq olmaz. Son qərarım - Araz Abdullayev.

 

 

Ramiz Məmmədov ("Keşlə"nin Futbol Akademiyasının koordinatoru): 

 

1. Bu sual konkretliyi tələb edir. Səhv etmirəmsə, bu, İqor Ponomaryovdu. Maraqlıdı, bu əcnəbidi, yoxsa yerli mütəxəssis...Bu, Ağasəlim Mircavadov da ola bilər. Çətin sualdı. Son qərarım - İqor Ponomaryov.

 

2. Seçimdə Vaqif Cavadovun üzərində dayanmaq istəyirəm. Düşünürəm ki, bu dəfə, son turdan fərqli olaraq bu seçim məni pis vəziyyətdə qoymayacaq. Son qərarım - Vaqif Cavadov.

 

3. Millinin bütün oyunçularını xatırlamalıyıq. Cavab vermək çətindi. Son qərarım - yoxdu.

 

 

Samir Əliyev birinci sualın öhdəsindən gəlmədi. Paradoksaldı, ancaq Ramiz Məmmədov yalnız ona düzgün cavab verdi. Beləliklə, Samir Əliyev 2:1 hesabı ilə qalib gələrək aktivinə daha 3 xal yazdırır.
 

 

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB