TOP 10

"Ulduzların savaşı": Ponomaryovu nə vaxt unudanda...

Futbol
Tarix: 2020-05-30 20:00

Sport24.az, Football24.az və "İdman TV"nin birgə layihəsi olan, AFFA-nın dəstəyilə keçirilən "Ulduzların savaşı" yarışmasının ikinci turunda Aslan Kərimovla Arif Əsədov qarşılaşdı.

 

 

ASLAN KƏRİMOV - ARİF ƏSƏDOV

 

1. Milli komandamıza tarixi ərzində seçmə mərhələdə əvvəldən sona qədər rəhbərlik edən ilk baş məşqçinin adını çəkin...
 

2. Azərbaycan millisinin formasını geyinən bu futbolçu 6 qol vurub - 3-ü rəsmi matçlarda, 3-ü isə yoldaşlıq görüşlərində. Maraqlıdır ki, rəsmi oyunlarda yalnız Tofiq Bəhramov adına Respublika stadionunda fərqlənib və bütün hallarda fasilədən sonra buna imza atıb. Bu üç rəsmi görüşdə milli komandamız uduzmayaraq 2 qələbə qazanıb, 1 heç-heçə edib. "Qara qutu"da kimdi?

 

3. Arif Əsədov karyerası ərzində yalnız bir xarici klubun - Vladiqavqaz “Spartak"ının heyətində qol vurub (1994-cü il). Bu zaman o, "Şimali Osetiya Prezident Kuboku" beynəlxalq turnirində Vladiqafqaz təmsilçisinin qələbə topunun müəllifi oldu. Bu qolu hansı komandaya vurub? Bundan 22 il sonra Azərbaycan milli komandasının iki oyunçusu bu kluba keçdi...

 

 

Arif Əsədov (Azərbaycan milli komandasının məşqçisi): 

 

1. Məncə, bu Qurban Qurbanovdur. Son qərarım - Qurban Qurbanov.

 

2. Məncə, bu, Vaqif Cavadovdur. Son qərarım - Vaqif Cavadov.

 

3. Xatırladım. Bu Portuqaliya "Boavista"sıdı. Hesab 1:1 idi, Bahva Tedeyevin ötürməsindən sonra matçın sonlarında qol vurdum. Son qərarım - "Boavista".

 

 

Aslan Kərimov (AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru): 

 

1. Məncə, bu Əhməd Ələsgərovdur. Başqa versiyam yoxdur. Son qərarım - Əhməd Ələsgərov.

 

2. Portuqaliyanı vuran Zaur Tağızadəni xatırlayıram. Onun Respublika stadionunda digər qollarını xatırlamıram. Deyəsən, Slovakiyaya da qol vurdu. Son qərarım - Zaur Tağızadə.

 

3. Cavab verməkdə çətinlik çəkirəm. Ukrayna klublarından biri olsun. Son qərarım - "Tavriya".
 

 

Əvvəllər iki dəfə superqələbə qazanan Arif Əsədov bu dəfə onun kölgəsində qaldı. Azərbaycan millisinin məşqçisi yalnız karyerası ilə bağlı bir sualın öhdəsindən çətinliklə gələ bildi. Aslan Kərimova gəlincə, yalnız Zaur Tağızadəni düzgün xatırlamağı bacardı - 1:1. Birinci suala gəlincə, bütün tsikli əvvəldən sonadək işləyən milli komandanın ilk baş məşqçisi, futbolda yeganə Olimpiya çempionumuz İqor Ponomaryov idi.
 

 

 

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB