TOP 10

"Ulduzların savaşı": "Professor" liderə qarşı - layiqli qırğın

Futbol
Tarix: 2020-05-30 19:45

Sport24.az, Football24.az və "İdman TV"nin birgə layihəsi olan, AFFA-nın dəstəyilə keçirilən "Ulduzların savaşı" müsabiqəsi Mahmud Qurbanov və çempionatın lideri Şahin Diniyev arasında görüşlə start götürdü.

 

 

MAHMUD QURBANOV - ŞAHİN DİNİYEV

 

1. Milli komandamıza tarixi ərzində seçmə mərhələdə əvvəldən sona qədər rəhbərlik edən ilk baş məşqçinin adını çəkin...
 

2. Azərbaycan millisinin formasını geyinən bu futbolçu 6 qol vurub - 3-ü rəsmi matçlarda, 3-ü isə yoldaşlıq görüşlərində. Maraqlıdır ki, rəsmi oyunlarda yalnız Tofiq Bəhramov adına Respublika stadionunda fərqlənib və bütün hallarda fasilədən sonra buna imza atıb. Bu üç rəsmi görüşdə milli komandamız uduzmayaraq 2 qələbə qazanıb, 1 heç-heçə edib. "Qara qutu"da kimdi?

 

3. Mahmud Qurbanov son qolunu hansı Premyer Liqa klubunun heyətində vurub?
 

 

 

Mahmud Qurbanov ("Neftçi-2"nin baş məşqçisi): 

 

1. Məncə, bu, Əsgər Abdullayevdir. Xeyr, birinci İqor Ponomaryov idi. İsveç millisinə qarşı onun rəhbərliyi altında başladılar və onunla da sona çatdılar. Son qərarım - İqor Ponomaryov.

 

2. Rauf Əliyev, Samir Əliyev, Vaqif Cavadov - düşünürəm ki, bunlardan biridi. Başqasını seçəcəm. Son qərarım - Zaur Tağızadə.

 

3. Karyeramı "Sumqayıt"da başa vurdum. Bundan əvvəl "Bakı"da oynadım. Qollarımı xatırlamıram. Son qərarım - "İnter".

 

 

Şahin Diniyev (AFFA-nın Məşqçilər Komitəsinin üzvü): 

 

1. Bu ya Kazbek Tuayev, ya da İqor Ponomaryovdu. İqor Anatolyeviçin köməkçisi idim. O, dəqiq bütün tsikli işlədi. Son qərarım - İqor Ponomaryov.

 

2. Dmitri Nazarov 8 qol vurdu. Rauf Əliyev və Elvin Məmmədov hərəyə 7. Zaur Tağızadə Portuqaliya, Slovakiya və Lixtenşteynə qol vurdu. Son qərarım - Zaur Tağızadə.

 

3. Onun son klubu "Sumqayıt" idi. Orada qol vurmadı. Son qərarım - "İnter".

 

 

Mahmud Qurbanov lideri məğlub etmək üçün hər şeyi etdi, amma hətta ən düzgün cavabların maksimal sayı belə çatmadı. Şahin Diniyev Qurbanovun karyerası ilə bağlı çətin sualda belə büdrəmədi. Fakt budur ki, “Professor” son iki klubunda qol vurmayıb. Söhbət  “Bakı” və “Sumqayıt”dan gedir. Lakin Diniyev də bu sualı götürdü. Beləliklə, 3:3 və tərəflər aktivlərinə layiqli 2 xalı yazırlar. 

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB