TOP 10

UEFA-dan Çempionlar Liqasının final oyunu ilə bağlı açıqlama

Dünya Futbolu
Tarix: 2020-05-30 19:22

Futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu əvvəldən planlaşdırıldığı kimi İstanbulda keçirilməyə bilər. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, UEFA, final matçının ev sahibliyini İstanbuldan almaq fikrindədi.
 

Bildirilir ki, Türkiyədə koronavirusla bağlı qorxu və qeyri-müəyyənliyin davam etməsi qurumu narahat edir. Təhlükəsizliyin təmin olunmayacağından ehtiyatlanan ali futbol qurumu, final oyununun bağlı qapılar arxasında oynanılması fikrinə də qarşıdı.


Final qarşılaşmasının Almaniyada keçirilməsinin planlaşdırıldığı bildirilir.


Artıq UEFA bu məsələyə münasibət bildirib. Qurumun yaydığı açıqlamada klubların, liqaların və federasiyaların təmsilçilərindən ibarət işçi qrupunun yarışın zamanı və formatı ilə bağlı bütün seçimləri nəzərdən keçirdiyi bildirilib. Son qərarın iyunun 17-də veriləcəyi qeyd olunub.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB