TOP 10

Ukrayna çempionatında oyun təxirə salındı – koronavirusa görə

Dünya Futbolu
Tarix: 2020-05-30 16:30

Futbol üzrə Ukrayna Premyer Liqasının 24-cü turunun “Karpatı” – “Mariupol” oyunu baş tutmayacaq. Sport24.az xəbər verir ki, buna səbəb Lvov klubunun bəzi futbolçu və əməkdaşlarının koronavirusa yoluxmasıdır.
 

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Mayın 31-də keçirilməsi planlaşdırılan oyunun taleyi ilə bağlı tezliklə açıqlama veriləcək.


Koronavirus testi müsbət nəticələnən şəxslər karantinə alınıb.


Ukrayna Premyer Liqası bu gün bərpa olunacaq. 

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB