TOP 10

Premyer Liqamızın bərpasının mümkün olması Tiraspoldan Bakıya qayıda bilməyən Namaşkonun ürəyincə deyil: "Qapıda yerimi Rəşad Əzizliyə verməklə bağlı məsələdə gəlin, tələsməyək"

Futbol
Tarix: 2020-05-30 14:01

Azərbaycanda futbol olmadığı vaxtda legionerlərin çoxu burda qalası olsalar da, Vətəninə, ailəsinin yanına getməyə imkan tapan tək-tük əcnəbilər də oldu. Bunlardan biri olan "Keşlə"nin moldovalı qapıçısı, cari çempionatda bütün matçları əvəzolunmadan keçirən yeganə futbolçu kimi rekordçu olan Stanislav Namaşkoyla əlaqə saxladıq. Hazırda Moldovanın Tiraspol şəhərində olan 34 yaşlı qolkiper Sport24.az-a müsahibəsində maraqlı məqamlara toxunub. 

 

- Nəhayət, çempionatın yenidən bərpa olunmasına hökumət səviyyəsində rəsmən icazə verildi. Bu xoş xəbəri Tiraspolda necə qarşıladın?

- Bəli, bu haqda mətbuatdan oxudum. Bilmirəm, bu qədər pauzadan sonra çempionatı bərpa etmək lazımdımı? (gülür). Buna nə cavab verəcəyimi bilmirəm, ikili hisslərdi. 

 

- "Keşlə" 3-cü yerdədi və mövsüm bərpa olunmasa, avtomatik Avroliqaya yollanacaq. Bəlkə turnir cədvəlindəki mövqeyinizə görə mübarizənin davamında maraqlı deyilsiniz?

- Yox, yalnız buna görə deyil. Bu fikrimi 5-6-cı pillədə də getsəydik, deyərdim, 2-ci yerdə olsaq da. Sadəcə, əsas onu başa düşmək lazımdı ki, sonuncu dəfə martın 8-də oynamışıq, bundan sonrasa uzun müddətdi pauzadı. Əsas məsələ kim hansı şəraitdə idi - kimisi həyət evlərində, məşq etməyə şərait olub, kimisi buna evlərində yaşayır, belə imkandan məhrumdu. Kimi yaşlı futbolçudu, kimisi gənc və s. Burda hər şey ondan asılıdı ki, komandalar necə başlayacaq, kimdə "fart" olacaq. 

 

- Bəs, idman prinsipləri?

- Bunu idman prinsipləri adlandırmaq - şəxsi fikrim belədir ki, belə adlandırmazdım. Üstəlik, bilirik ki, bunadək kimsə hazırlaşmışdı, bu, artıq onun üçün üstünlükdü. Çətindi indidən nəsə demək. Söhbət ondan getmir ki, 3-cü yerdəyik. Başa düşürsünüz, çoxları mövsümün gedişində olan rejimdən bir az kənar qalıblar, İndisə əvvəlki işə qayıtmaq - hazırlıq üçün vaxt lazımdı. Təlim-məşq toplanışında yoldaşlıq görüşləri keçirməlisən ki, oyun kondisiyalarını artırasan. Ancaq indi birdən gəlirsən, başlayırsan oynamağa.

 

- Belə demək olarmı ki, hazırlıq üçün hətta 3 həftəlik müddəti az sayırsan?

- Hesab edirəm ki, hazırlıq üçün 1 ay minimum olmalıdı. Həm də sparrinq matçlar keçirməliyik. Çünki komandalar 1 aylıq təlim-məşq toplanışında 5-6 yoxlama matçları keçirirlər ki, bu da hardasa lazımı forma yığmaq yetərincə olmur. Görürsünüz ki, komandalar çempionat yeni başlayanda "oyanmağa" başlayırlar. Gedişatda hamı optimal forma toplamağa başlayır. Fikrimcə, çempionat yenidən başlayanda kim daha yaxşı hazırdı, kim genetik cəhətdən daha hazırlıqdı - bu kimi faktlar rol oynayacaq. Mənim üçün idman prinsipləri haqda danışmaq çətindi. Almaniyada baş verənlərə baxın - bəzi komandalar 3-5 qol vurur, bəziləri isə karantindən sonra toparla bilmirlər. Gördüyünüz kimi, komnadalarla bağlı fərqli vəziyyət olur. 

 

- Çempionatın bərpasına qərar verilirsə, çıxıb oynamaq lazımdı. Başqa yolunuz yoxdu axı...

- Bununla mübahisə etmirəm. Bizə deyəcəklər ki, oynayın, oynayacağıq. Sadəcə, hər kəs öz fikrini deyir, mən də bunu edirəm. Demirəm ki, oynamayacam (gülür). 

 

- Ancaq bir şeyi də unutmayaq ki, "Keşlə" ən yaxın izləyicisindən 8 xal irəlidədi. Bu isə 8 tur qalsa belə, böyük üstünlükdü..

- İndi o haqda danışmıram ki, turnir cədvəlində hansı yerdəyik. Ümumilikdə danışıram. Aydın məsələdi ki, meydana çıxıb məşq etmək, formanı yığmaq lazımdı. Məlumdu ki, heç kim ilk oyunlarda tam formada olmayacaq. 

 

- "Keşlə" üstünlüyünü əldən verərək avrokuboklardan kənarda qalsa, bunda günah kimdə olacaq - koronavirusda, yoxsa?

- Hesab edirəm ki, bunda heç kimi günahlandırmaq lazım olmayacaq. Artıq vəziyyəti özümüz təhlil edəcəyik ki, niyə belə oldu. Durub kimisə günahkar kimi axtarmaq da düzgün olmayacaq. Hamı eyni şəraitə düşüb. 

 

- İsti iyun, iyul aylarında oynamaq sənin üçün problem olmayacaq?

- Belə təcrübəm yoxdu. Üstəlik hədfətə 2 oyun keçirilsə. Hətta mayın sonunda çempionatı bitirəndə, 2 həftəlik istirahət edirsən, bundan sonra 1 ay toplanış keçərək avrokuboklara başlayırsan - həmin vaxt belə çətin olur. Hətta nə qədər yoxlama matçları keçirsən belə, ilk oyunlar heç də asan olmur. İsti də bir tərəfdən çətinlik yaradır. Karyeram ərzində "yaz-payız" sistemində olanlarda çıxış etməmişəm ki, yayda çempionatda oynayım. 

 

- Baş məşqçiniz Tərlan Əhmədov saytımıza müsahibəsində belə problemə də toxunub ki, saxlamaq istəmədiyi futbolçular bunu biləcəklər, meydanda tam gücləriylə oynamayacaqlar...

- Mənə bu haqda fikir bildirmək çətindi, baş məşqçiylə razılaşacam. İnsan başa düşür ki, onun klubla müqaviləsi bitir. Düzdür, müqavilə öhdəlikləri var. Söhbət anlaşmın müddətinin qurtarmasından getmir. Əsas məsələ uzun pauzadan necə oynayacağından gedir. Başqa futbolçunun beyninə daxil olaraq nə düşündüyü deyə, necə etməli olmağa yönəldə bilmərik. 

 

- Əhmədov müqaviləsi futbolçudan 12-siylə yeni müqaviləylə bağlı danışıqların olacağını açıqlayıb. Əminik ki, onlar arasında sən də varsan. Bəs sən, buna əminsən?

- Açığı, buna cavab verməkdə çətinlik çəkirəm. Hələ bu haqda düşünmək istəmirəm. Klub rəhbərliyi ilə bunu danışmaq lazımdı. İstəyim var ki, qalım. Rəhbərlik nə qərar verəcək, onu bilmirəm. Buna görə də bu suala cavab vermək istəmirəm. Məndə bu gün üçün belə informasiya yoxdu. 

 

- Mayın 31-də müqaviləsi bitəcək futbolçuların, xüsusi legionerləri meydana çıxarmaq, onu az məvaciblə və ya ümumiyyətlə, pulsuz oynatmaq mümkün olmayacaq? Onlar imtina etməzlər ki?

- Misal üçün məndə belə deyil, müqavilə iyunun 30-dəkdi. Yəni, hələ 1 ay var. Kimsə məsələyə anlayşla yanaşaq, kimisi fərqli mövqe tuta bilər. Bu, fərdi yanaşmadı. Hər kəsin öz fikri və bunun üzərində dayanmaq hüququ var. Buna görə də kiminsə əvəzinə danışmaq istəməzdim. Hər kəsin öz maraqları var - kimisə deyilənlə razıdı, kimisi yox. 

 

- "Keşlə" Moldovadan Azərbaycana çarter reysinin olmasını gözləyir ki, Namaşko da həmin Azərbaycan ailələriylə bura gəlsin. Bu, nə vaxt mümkün olacaq?

- (gülür) İndi buna cavabım yoxdu. Bu yöndə iş gedir. Mən tərəfdən nə lazımdırsa, edirəm. Səfirliklə daim əlaqədəyəm. İndi ondan asılıdı ki, həmin çarter reysini necə təşkil edəcəklər. Bir aydan artıq bu işlə məşğuluq, həlli heç də asan deyil. Bütün sərhədlər bağlıdı. Azərbaycanın Kişinyovsakı səfirliyi mümkün olan hər şeyi edir. Azərbaycanın Xarici İşlər Nazilriyi ilə də əlaqədəyik. Məsələnin həllinə çalışır, daim əlaqədəyik, vəziyyətdən çıxış yolu axtarırıq. Konkret tarixi deyə bilmərəm. Vəziyyət asan deyil. İstəyinlə bir ölkədən digərinə yollanmaq mümkün deyil. Bu, yuxarı dairələr səviyyəsində həll olunmalıdı. 

 

- Reallıq belədir ki, məşqlərə başlayanda ən azı ilk vaxtlar komandada olmayacaqsan. Üstəlik, 14 gün karantində keçirməli olduğunu nəzrə alsaq, hətta ilk matçları da buraxmalı olacaqsan. Belə olan halda, "çərçivə"niz bu çempionatda 1 dəqiqə olsun belə oynamayan Rəşad Əzizliyə tapşırılacaq. Azərbaycanlı həmkarına çətin olmayacaq?

- Gəlin, hadisələri qabaqlamayaq. İstənilən halda, vəziyyətə uyğun baxacağıq. İndi Rəşadla bağlı cavab verməyəcəm ki, ona çətin olacaq, ya yox. Hələ gözləyək, vaxtımız var. irəli qaçmayaq. 

 

- Belə çıxır ki, ilk matça özünü çatdırıcağını düşünürsən, yoxsa "1 nömrə"ni başqasına etibar etməmək məsələsidi?

- (gülür) Söhbət bundan getmir. İlk növbədə klubuma qayıtmaq ,komandamla təlim-məşq toplanışında iştirak etmək istəyirəm. İndi rekordlarım, yoxsa qapıda yerimi vermək barədə düşünmürəm. Görüsünüz, dünyadan vəziyyət çətindi. Heç də həmişə bir istəklə hər şeyi həll edə bilmirik. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV 

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB