TOP 10

Dabo karyerasını Azərbaycandan kənarda davam etdirəcək: "Bu kluba transfer olunmağa çox yaxınam"

Futbol
Tarix: 2020-05-30 11:07

"Neftçi"nin franslaı legioneri Baqali Dabo Kiprin "Apollon" klubuyla danışqılar aparır. Sport24.az xəbər verir ki, bu haqda 32 yaşlı hücumçu özü Kipr mətbuatına - kerkida.net-ə açıqlamaısnda deyib.

 

O, Limasol təmsilçisinin əla komanda olduğunu, hələ müqavilə bağlamadığını söyləyib: "Azərbaycan çempionatının davam edib-etməyəcəyi ilə bağlı qərarı gözləyirəm. Amma "Apollon"a transfer olunmağa çox yaxınam. Bu cür klubun maraq dairəsinə düşdüyüm üçün çox xoşbəxtəm. Ancaq istənilən halda, çempionatın bitməsini və keçidin tamamlanmasını gözləmək lazımdır".

 

Qeyd edək ki, Dabonun 2 il əvvəl keçdiyi "Neftçi" ilə müqavilə müddəti başa çatmaq üzrədi. O, ölkəmizdə 2016-cı ildən başlayan karyerasında ilk 2 ili "Qəbələ"də keçirib. 
 

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB