TOP 10

Avstriyada futbol bərpa olundu, “Zalsburq” kubok qazandı

Dünya Futbolu
Tarix: 2020-05-30 13:00

Avstriyada koronavirus pandemiyasına görə yaranan məcburi fasilə başa çatıb. Sport24.az xəbər verir ki, ötən gün bu ölkədə kubokun final qarşılaşması baş tutub.


Həlledici oyunda “Zalsburq” və “Austriya” komandaları üz-üzə gəlib. Rəqibini 5 cavabsız qolla məğlub edən “Zalsburq” tarixində 7-ci dəfə Avstriya kubokunun qalibi olub.


Mövsümün başa çatmasına 10 tur qalan Avstriya Bundesliqasının isə iyunun 2-dən etibarən bərpa edilməsi nəzərdə tutulur. Oyunlara azarkeş buraxılmayacaq. Avstriya Bundesliqası koronavirus pandemiyasına görə mart ayında, 22-ci turda dayandırılıb.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB