TOP 10

Essyenin taleyinə aydınlıq gəlir: "Özüylə bu haqda söhbətimiz olacaq"

Futbol
Tarix: 2020-05-30 16:08

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Çempionlar Liqasının qalibi olan legioneri Maykl Essyenin gələcək taleyindən danışıb. Sport24.az xəbər verir ki, qanalı yarımmüdafiəçinin ölkəsinin mətbuatında onun karyerasını bu yay elə Azərbaycanda bitirəcəyi, bundan sonra "dənizçilər"in U-19 komandasının baş məşqçisi kimi fəaliyyət göstərəcəyi haqda xəbər yayılıb.

 

Məlumdur ki, Essyenin ötən ilin martında gəldiyi Bakıya klubuyla 15 aylıq müqaviləsi sabah, yəni mayın 31-dəkdi. Hacıyev növbəti həftə məşq prosesinə start veriləndən sonra ulduz futbolçuyla gələcək taleyi ilə bağlı danışıqlara başlamalarının planda olduğuna toxunub: "Açığı, qış təlim-məşq toplanışından öncə Mayklla söhbətimiz olmuşdu ki, ümumiyyətlə, karyerası ilə bağlı nə düşünür. Məlum oldu ki, qışda bitirməyi fikirləşmir, mövsümü başa çatdırmaq planlarında idi. Ancaq hal-hazırda fors-major vəziyyət yaranıb. Nəinki Essyenlə, heç kimlə gələcək karyera ilə bağlı söhbətimiz olmayıb. Yəqin ki, yığışandan sonra, irəliləyən günlərdə Mayklın da məsələsinə aydınlıq gələcək. İndi bizdə futbolçu kimi fəaliyyətini davam etdirir. U-19 komandamızda məşqçi kimi də sifariş olunub, ancaq daha çox futbolçu kimi gücünü sərf edir. Özüylə söhbətdən sonra isə mümkündü ki, yeni fikir ortaya çıxsın. Bu haqda da əlbəttə, Mayklla danışandan sonra nəsə fikir sürmək olar".

 

Xatırladaq ki, 37 yaşlı Essyen ötən il "Səbail"in tarixində ilk medalı - Premyer Liqamızın bürünc mükafatı qazananlar sırasında olub. 

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB