TOP 10

Polşada da stadionlara azarkeşlər buraxılacaq

Dünya Futbolu
Tarix: 2020-05-30 09:30

Koronavirus pandemiyasına görə martda dayandırılan Polşa çempionatı dünəndən etibarən bərpa olunub. Sport24.az xəbər verir ki, bu ölkədə iyunun 19-dan etibarən azarkeşlərin də stadionlara buraxılmasına icazə veriləcək.
 

Bu barədə Polşanın baş naziri Mateuş Moravieçki açıqlama verib: “Futbol matçlarının yenidən başlaması bizim üçün yenidən normala dönüş anlamına gəlir. Azarkeşlərin stadionlara dönüş tarixi kimi 19 iyunu seçdik. Bu tarixdən etibarən stadionun tutumunun 25 faizi qədər azarkeşin girişinə icazə veriləcək”.


Polşa Futbol Federasiyasının prezidenti Zbiqnev Boniek isə bu qərarın əsas, 2-ci və 3-cü liqa oyunlarına aid olduğunu bəyan edib. Onun sözlərinə görə stadionlara yalnız ev sahibi komandaların azarkeşləri buraxılacaq. Biletlər isə onlayn olaraq satılacaq.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB