TOP 10

İranlı futbolçu: "Səbail"lə razılıq əldə etdim, oynayacam"

Futbol
Tarix: 2020-05-29 17:18

"Klubumla müqaviləm başa çatsa da, yeni razılıq əldə etdim, çempionat bərpa olunanda oynayacağam". Sport24.az xəbər verir ki, bu fikirləri "Səbail"in futbolçusu Peyman Keşavarz deyib.

 

25 yaşlı müdafiəçi oynadığı müddətdə də maaş alacağını söyləyib. Keşavarz karantin dönəmində məvacibini aldığını, lakin az hissəsinin qaldığını sözlərinə əlavə edib.

 

O, yeni mövsümdə klubdakı taleyi ilə bağlı durumun bəlli olmadığını bildirib: "Mənim birinci seçimim "Səbail" olacaq. Klubla razılaşmasam, başqa variantlar haqqında fikirləşəcəyəm. FIFA qərar verib ki, çempionat bitənə qədər oynaya bilərik. Klubun mənə yeni müqavilə ilə bağlı nəsə deməməyi də normaldır, çünki indi hazırkı mövsümün start vaxtını bilmirik".

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb. Peyman Keşavarz bu ilin əvvəlindən "Səbail"də çıxış edir. Onun klubla sözləşməsi mayda başa çatır (report.az).

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB