TOP 10

Tərlan Əhmədov "Keşlə"də saxlamaq istədiyi futbolçuların sayını açıqladı, arqumentlərini gətirdi: "Həmin 150 nəfərdən istənilən hər biri başqalarını yoluxdura bilər və bu da..."

Futbol
Tarix: 2020-05-29 17:00

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov 2019/20 mövsümünün bərpa olunmasının əleyhinədi. Təcrübəli mütəxəssis Sport24.az-a müsahibəsində fikirlərini mübahisəsiz faktlarla əsaslandırıb: "Cəmi 2 həftəlik hazırlıq dövründən sonra futbolçuları meydana buraxmağı necə təsəvvür edə bilərsiniz? Axı, onlar demək olar ki, 3 ay evdə qalıblar. Problemin başqa tərəfi də var. "Keşlə"nin 23 oyunçusundan 16-sı müqavilələrini başa çatır. Onlardan 12-ni komandada saxlamaq istəyirəm. Əməkdaşlığı davam etdirmək istədiyimiz insanlarla danışıqlara başlayacağıq, qalan dördü bu barədə biləcək. Axı, bundan sonra onlar meydanda tam güclərini qoymayacaqlar".

 

Əhmədov yeni transferlərlə bağlı vəziyyətdən də narahatdı: “Nə vaxt işə başlayacağıq? Bunun üçün sadəcə, vaxtımız olmayacaq! Bizi Almaniya və ya İspaniya ilə müqayisə etməyə ehtiyac yoxdu. Onların klubları kiçik qruplarda məşq etməyə başladı və bu, bir neçə həftə davam etdi. Bundan sonra onlara tam miqyaslı hazırlıq üçün daha 2-3 həftə vaxt verildi. Bundan əlavə, oyunçuları həyət evlərində yaşayırlar. Onların hər birində fərdi formada məşq edə bilmələri üçün mini-meydançalar var. Biizm futbolçular isə məşq üçün heç bir şəraiti olmayan binalarda yaşayırlar. Üç ay evdə oturduqdan sonra 2-3 həftə ərzində oyunçuların vəziyyətini bərpa etmək mümkün deyil".

 

Mütəxəssisin fikrincə, yoluxma riski də yüksəkdir:  "Üç hakim və beş əvəzləmə nəzərə alınmaqla yalnız meydana 35 nəfər çıxacaq. Ümumilikdə, bir oyunda təxminən 150 nəfər iştirak edir. Onların hər birinin ailələri var. Virus isə gizlidir, dərhal görünmür. Bu 150 nəfərdən istənilən hər biri başqalarını yoluxdura bilər və bu da ailələrinə ötürüləcək. İnsanların sağlamlığı haqqında unutmamalıyıq. Başqa bir məqam hava şəraiti ilə əlaqədardır. Artıq isti var, iyunun sonunda nə olacaq?! Gəzmək çətindirsə, futbolçular necə qaçacaq? Bakıda baş verən hər hansı bir zədə digər ölkələrə nisbətən daha uzun müddət müalicə olunur. Fakt budur ki, Bakı çox yüksək rütubətə malikdir. Bu, müsbət cavabı olmayan suallar seriyasıdı. Bax, bu səbəblərə görə hesab edirəm ki, çempionatın yenidən davam etdirilməsi lazım deyil".

 

 

 

 

CEYHUN ƏLİYEV
 

 

 

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB