TOP 10

Anar Cəfərsoy xəstəxanadan çıxması üçün növbəti testi gözləyir: "Anamın dəfnində iştirak edə bilmədim, heç olmasa qəbrini ziyarət etməklə təskinlik tapardım"

Futbol
Tarix: 2020-05-29 15:00

Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoyun anası Zöhrə Cəfərsoy koronavirusdan vəfat edib. Sport24.az xəbər verir ki, o, dünən axşam Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Mərhumun 69 yaşı var idi.

 

Anarla əlaqə saxlayaraq bassağlığı verdik. Məlumdu ki, Cəfərsoyun özü də koronavirusa yoluxub və hazırda xəstəxanada müalicə alır. O, tam sağalmasının dəqiqləşməsi üçün növbəti testdən keçməli olduğunu diqqətimizə çatdırıb: "Bir-iki günə sağalıb burdan çıxmağıma ümid edirəm ki, rayona gedim qəbir üstünə. Anamın dəfnində iştirak edə bilmədim, heç olmasa qəbrini ziyarət etməklə təskinlik tapardım. Həkim 2-3 gün mənə əvvəl dedi ki, bir daha test olmalıdı. Bunu etməklə əmin olsunlar ki, virus tam aradan qalxdı. Nəticə neqativ çıxsa, sevindirici hal olar, evə buraxılaram. Əks təqdirdə böyük riskdi. Çünki ailəmi, qohumlarımı də yoluxdura bilərəm. Bu təhlükəyə görə virusa yoluxan kimi özümün də tələbi bu oldu ki, məni xəstəxanaya aparın. Öskürək bezdirici olmuşdu və onun kökünü kəsənə, tam sağalana kimi məni orda saxlasınlar".  

 

Anar həkim məsləhətinə qulaq asmağın çox vacib olduğunu qeyd edib: "Çalışıram ki, ilk növbədə bunu edim. Səhhətim yaxşılığa doğru dəyişsə də, arxayınlaşmaq olmaz. Çünki məndə iki gün ardıcıl tənəffüs çatışmazlığı problemi yarandı. Gündə 4-5 sistem qoyulur, yanımda 10-a yaxın dərman preparatı var ki, onu qəbul etməliyəm. Koronavirusun ən təhlükəli amillərindən biri immuniteti zəiflətməyidi. Çox təəssüf ki, anamda belə oldu. Onda virus qana keçmişdi. Bu zaman isə müalicə prosesi artıq çətinləşir. Virus qana keçəndə, reanimasiyaya yerləşdirilməyin artıq 90 faizlik olur. Bunun üçün də həkim məsləhətinə qulaq asmaq çox vacibdi. Virus vəzifə yaş, pul, cins tanımır, tutduğunu da buraxmaq istəməz. İnşallah, bundan sonta tənəffüs çatışmazlığım olmaz. Həkim məsləhətlərinə ciddi yanaşıram, dediklərini tam əməl etməyə çalışıram".

 

Cəfərsoy onları müalicə edən həkim Şərəf Hüseynovaya dərin təşəkkürünü çatdırıb: "O, çox qayğı, hamıya eyni münasibət göstərir. Hər gün vəziyyətimizlə ciddi maraqlanır, hər bir xəstəylə xüsusi söhbət edir. Hazırda ən vacib odur ki, immuninenti qaldırmalıyam. Çünki mədə ac olanda dərhal siqnal verir. Xəstəliyə qalib gəlməyin yollarından biri də yaxşı qidalanmadıq ki, müqavimətin, immunitetin güclü olsun". 

 

 

 

 

CEYHUN ƏLİYEV

 

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB