TOP 10

"Keşlə"nin legioneri üçün çarter

Futbol
Tarix: 2020-05-29 12:09

Stanislav Namaşko məşqlərin bərpa olunacağı təqdirdə Moldovadan Azərbaycana qayıda biləcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, "Keşlə"nin moldovalı qapıçısı çarter reysi ilə Bakıya uça bilər.

 

İndi Moldovada 100-ə yaxın azərbaycanlı ailəsi var. Onların vətənlərinə dönməsi üçün xüsusi təyyarə ayrılacaq. 34 yaşlı qapıçının adı da bu siyahıya daxil edilib.

 

İyunun əvvəlində Azərbaycan klublarının məşqləri bərpa edə biləcəyi gözlənilir. Təbii ki, "Keslə" rəhbərliyi əsas qapıçısının dönüşündə maraqlıdır.
 

 

Çox güman ki, Namaşko paytaxt klubunun ilk məşqlərində iştirak edə bilməyəcək. Buna səbəb gözlənilən karantindir. Yalnız karantində keçirməli olduğu lazımi sayda günlərdən sonra Stanislav komandaya qoşula biləcək.

 

 

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB