TOP 10

Millimizin futbolçusu çempionatın bərpasından sonra ilk oyunu buraxacaq

Futbol
Tarix: 2020-05-29 09:47

İspaniya Sequndasında mövsüm Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete"nin matçı ilə bərpa olunacaq. Sport24.az xəbər verir ki, komanda XX turdan təxirə salınmış "Rayo Valyekano" ilə səfər görüşünə çıxacaq. 

 

Qarşılaşma 2019-cu ilin dekabrın 15-dən təxirə salınıb. Həmin vaxt matçın ilk hissəsi 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. 

 

Fasilədən sonra isə "Albasete" meydana çıxmaqdan imtina edib. Səbəb kimi İsrafilovun komanda yoldaşı Roman Zozulyanı yerli fanatların təhqir etmələri göstərilib. Onlar Zozulyanı Ukrayna ordusuna dəstək verdiyi üçün nasist adlandırıblar. İyunun 11-də və ya 12-də matçın ikinci yarısı oynanılacaq. 

 

Onu da bildirək ki, görüşün 45-ci dəqiqəsində İsrafilov qırmızı vərəqə alaraq meydandan qovulub. Bu üzdən komandası meydana 10 nəfərlə çıxacaq. 

 

Qeyd edək ki, "Albasete" 30 oyundan sonra 35 xalla 18-ci, "Rayo Valyekano" isə 40 xalla 11-ci pillədə qərarlaşıb. 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB