TOP 10

Daha bir Formula 1 qran-prisi ləğv edildi - RƏSMİ

Digər
Tarix: 2020-05-29 10:00

Formula 1 üzrə Niderland qran-prisi ləğv edilib. Sport24.az xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.


1-3 may tarixlərində keçirilməsi planlaşdırılan, lakin koronavirus səbəbiylə təxirə salınan yarış eyni səbəblə ləğv edilib.


Daha əvvəl Formula 1 rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5-7 iyunda keçirilməli idi.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB