TOP 10

Premyer Liqanın bərpa tarixi rəsmən açıqlandı

Dünya Futbolu
Tarix: 2020-05-29 09:30

Koronavirus pandemiyasına görə martdan bəri dayandırılan futbol üzrə İngiltərə Premyer Liqasının bərpa tarixi rəsmən müəyyənləşib. Sport24.az xəbər verir ki, sözügedən çempionat iyunun 17-də bərpa olunacaq. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
 

Xəbərdə turnirin təxirə salınmış iki oyunla bərpa olunacağı diqqətə çatdırılıb. Söhbət “Aston Villa” - “Şeffild Yunayted” və “Mançester Siti” - “Arsenal” matçlarından gedir. Həmin həftənin sonunda, iyunun 20-dən etibarən isə 30-cu turun qarşılaşmaları keçirilməyə başlayacaq.


Qeyd edək ki, İngiltərədə çempionatlar martın əvvəlindən etibarən dayandırılıb. Ən yaxın izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayan “Liverpul” zirvədə qərarlaşıb.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB