TOP 10

TFF-dən Super Liqa ilə bağlı yekun qərar - RƏSMİ

Dünya Futbolu
Tarix: 2020-05-28 21:00

Futbol üzrə Türkiyə Super Liqasının iyunun 12-də başlayacağı təsdiqlənib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası rəhbərliyinin bu gün keçirilən iclasında yekun qərar qəbul edilib.
 

Məlumata görə, 7 klubun cari mövsüm liqanı tərk etmək qaydasının ləğv edilməsi tələbi rədd edilib. Çempionatın daha öncə də təyin edilən vaxtda - iyunun 12-də başlayacağı açıqlanıb. 


Federasiya Türkiyə Kubokunun da öncədən təyin edilən təqvimlə davam edəcəyini bildirib. Super Liqa iyunun 12-də, 27-ci turdan bərpa olunacaq.


Xatırladaq ki, Türkiyədə çempionatlar koronavirus pandemiyasına görə martdan bəri dayandırılıb.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB