TOP 10

Tanınmış rusiyalı futbolçuyla müqavilə yenilənmədi, karyerasını bitirdi

Dünya Futbolu
Tarix: 2020-05-28 18:30

Rusiyanın "Krılya Sovetov" klubunun futbolçusu Aleksandr Anyukov karyerasını başa vurub. Sport24.az xəbər verir ki, Samara təmsilçisinin rəsmi saytı 38 yaşlı rusiyalı müdafiəçinin müqaviləsi yenilənmədiyini açıqlayıb. 

 

Bununla da futbolla vidalaşan Anyukov məşqçiliyə başlamaq niyyətindədi. 

 

Qeyd edək ki, Aleksandr 2005-ci ildən 2019-cu ilə qədər "Zenit"in formasını geyinib. O, Sankt-Peterburq təmsilçisi ilə 5 dəfə Rusiya çempionu olub. Müdafiəçi UEFA Kuboku və UEFA Super Kubokunun da qalibidir. 2004-13-cü illərdə millisində çıxış edən futbolçu 2008-ci ildə Avropa çempionatında bürünc medala yiyələnib. 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB