TOP 10

Arşavin, Ağayev və Azərbaycan - hələ Stamenkoviç də var

Futbol
Tarix: 2020-05-28 20:00

Rusiya mətbuatı bu ölkənin futbolunda ən yaxşı oyunçulardan olmuş Andrey Arşavinin karyerasında vurduğu qolları xatırlayıb. Sport24.az xəvər verir ki, "Sovetski Sport"da dərc olunan məqalədə Azərbaycan millisiylə uzun illər əsas qapıçısı olmuş Kamran Ağayev də qeyd olunub. 

 

Belə ki, Arşavin millimizi bir dəfə məyus edərək, məhz Ağayevin qapısına yol tapıb. Bu 11 il əvvəl Rusiya yığmasıyla Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesabıyla nəticələnən DÇ-2010-nun seçmə mərhələ matçıdı. Andrey onda ilk hissədə hesabı açmışdı. 

 

Arşavinin qol vurduğu qapıçılar arasında futbolsevərlərimizə tanış olan daha biri var. Bu, "Sabah"ın serbiyalı qolkiperi Saşa Stamenkoviçdi. Andrey karyerasını bitirdiyi Qazaxıstanda "Kayrat"da çıxış edərkən "Okjetpes"in "çərçivə"sini qorumuş Stamenkoviçi topu tordan çıxarmağa məcbur edib. Özü də 4 dəfə. Arşavinin ən çox - 5 qol vurduğu qapıçı isə "Liverpul"da ispaniyalı Pepe Reyna olub. 

 

Xatırladaq ki, Saşa ölkəmizdə ilk olaraq "Neftçi"də çıxış edərək ordan Qazaxıstana yollanıb. 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB