TOP 10

"Spartak" rəsmisi: "Ayazın üstündən xətt çəkməzdim"

Futbol
Tarix: 2020-05-28 19:00

Moskva "Spartak"ının baş direktoru Tomas Tsorn azərbaycanlı futbolçu Ayaz Quliyevin əsas komandadan uzaqlaşdırılmasından danışıb. Sport24.az xəbər verir ki, almaniyalı funksioner intizamsızlıq edən 23 yaşlı futbolçu ilə bağlı qərarın dəyişdirilməsinin mümkün olduğunu deyib: "Ayazla bağlı bundan sonra necə olacağını bilmirəm. Bu, onun özündən asılı olacaq. Ayaz kimi futbolçunun üstündən xətt çəkməzdim. Bir müddət əvəzedici heyətdə olacaq. Mövsümün bərpasına dörd həftə var. Bu müddətdə nə baş verəcəyini birlikdə görəcəyik. Hələlik Quliyevin iyunun 10-dan "Spartak-2" ilə məşqlərə başlayacağını güman edirik. Onunla hələ danışmamışam, amma mütləq söhbətimiz olacaq".

 

Yarımmüdafiəçi bu mövsüm "Spartak"ın heyətində Rusiya Premyer Liqasında 11 oyun keçirib.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB