TOP 10

Şeydayevdən Quliyevə dəstək, Mostovoya "atmaca" - FOTOLAR

Futbol
Tarix: 2020-05-28 18:00

"Sabah"ın və Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Rusiya yığmasında komanda yoldaşı olmuş yarımmüdafiəçisi Ayaz Quliyevi dəstəkləyib. Sport24.az xəbər verir ki, "Spartak" əslən azərbaycanlı olan Quliyevi intizam qaydalarını pozduğuna görə ikinci komandaya göndərib. 

 

Əvvəlcə Ramil "İnstagram"dakı şəxsi səhifəsinin hekayə bölümündə Ayazla birgə fotosunu paylaşaraq belə yazıb: "Qardaş, ən bsşlıcası səbrdir".

Ardından Şeydayev erməni məşqçi Aleksandr Qriqoryanın Ayazı müdafiə etməsinə münasibət bildirib. O, bununla bağlı yazıb: “Qardaşımızı dəstəkləyən birinci şəxs. Həm gülməli, həm də kədərlidir, uşaqlar”.


Daha sonra Şeydayev Aleksandr Mostovoyun Quliyevdən ayrılmasının "Spartak a itki verməyəcəyi sözləri ilə açıqlamasını "screenshot"u paylaşaraq "Orada qalan hamısı Top-du? "atmaca"sını yazıb.

 "Spartak"ın yetirməsi olan 23 yaşlı Quliyev 2018-ci ilin yayında 500 min avroya "Rostov"a keçib. Altı aydan sonra "Spartak" oyunçunun 1 milyon avroya geri dönüşü edib. Bu mövsüm yarımmüdafiəçi Rusiya Premyer Liqasının 11 oyununda (8-də əsas heyətdə) iştirak edib. O, fərqlənməyərək beş sarı vərəqə alıb. Futbolçunun Moskva klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədi.
 

 

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB