TOP 10

Premyer Liqamızda 2 klubda çıxış etmiş legioner: “Kimsə Azərbaycan çempionatının zəif olduğunu desə, ona gülərəm"

Futbol
Tarix: 2020-05-28 14:08

"Qəbələ"nin polşalı sabiq qapıçısı David Pietrzkieviç öz ölkəsinin mətbuatına fərqli müsahibə verib. Sport24.az xəbər verir ki, Vətənində "Stal" klubunun formasını geyinən 32 yaşlı qolkiper əlifba sıralamasına əsasən sözlər seçib və fikrini əsaslandırıb.

 

Pietrzkieviç bəzi hərflərə uyğun sözlər seçərkən Azərbaycanda keçirdiyi dönəmi xatırlayıb. Onun ölkəmizlə bağlı fikirləri aşağıdakı hərflərdə yer alıb.

 

A - Toni Adams: "Arsenal"ın əfsanəsi "Qəbələ"də olarkən ingilis adət-ənənələrini tanıtdı. Onun təşəbbüsü ilə klubun bazasına sərmayə qoyuldu. Bu gün "Qəbələ"də öyünəcək bir şey var.

 

B - Dmitri Bezotosnı: Azərbaycanda belə oyunçular çox idi. Kimsə Azərbaycan çempionatının zəif olduğunu desə, ona gülərəm.

 

E - Eder: "Qəbələ" Avropa Liqasında "Lill" klubu ilə qarşılaşırdı. Rəqibin heyətində AVRO-2016-nın final matçında Portuqaliyaya qələbə qazandıran qolun müəllifi Eder çıxış edirdi. Həmin vaxt ehtiyatda idim və 1:0 hesabı ilə qalib gəldik. "Lill"in qapısını isə əfsanəvi nigeriyalı Vinsent Enyeama qoruyurdu.

 

H - Aleksey Qay: Ukraynanın tanınmış futbolçusu "Qəbələ"də bir müddət çıxış etdi. Onunla yaxşı münasibət yarandı.

 

İ - Marat İzmaylov: Rusiya futbolunun ulduzu "Qəbələ"də icarə əsasında çıxış etdi və özünü yaxşı tərəfdən göstərdi. Komanda yoldaşları onu çox bəyənirdi.

 

W - Roman Vaydenfeller: Dortmund "Borussiya"sına "Siqnal İduna Park"da 0:4 hesabı ilə uduzduq. Oyundan sonra formaları dəyişdirərkən rəqib futbolçularla söhbətləşdik. Mats Hummels yaxınlaşaraq, polyak dilində "necəsən?" dedi. Oradakı polşalılardan öyrənmişdi. Lukaş Pişeklə bir az söhbət etdim. Obameyanqın həmin oyundakı çıxışını unutmayacağam. Onun iki dəfə zərbəsini dəf etsəm də, qol vurmağı bacardı. Rəqibin heyətində isə Roman Vaydenfeller kimi qapıçı dayanmışdı.

 

Z - Sergey Zenyov: Estoniyalı "Qəbələ"də komanda yoldaşım idi.

 

Qeyd edək ki, Pietrzkieviç 2013-14 və 2015-17-ci illərdə ölkəmizdə "Qəbələ"də, 2012/13 mövsümündə isə "Simurq"da çıxış edib.

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB