TOP 10

"Qəbələ" rəhbərliyi onun müqavilə şərtlərini təmin edə bilərsə, nə xoş mənə"

Futbol
Tarix: 2020-05-28 16:07

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev cari mövsümü İsrailin "Hapoel" (Kiryat-Şmona) klubunda icarədə keçirən legioneri Ceyms Adeniyinin gələcək taleyindən danışıb. 40 yaşlı mütəxəssis Sport24.az-a açıqlamasında icarəsi bitməkdə olan 28 yaşlı nigeriyalı hücumçunu yenidən sərəncamında görmək istədiyini gizlətməyib. 

 

Ancaq Baxşıyev onu da yaxşı başa düşür ki, qaydaya görə "qırmızı-qaralar"ın düşərgəsinə qayıtmalı olan Adeiniyinin gələcək taleyi təkliflərdən asılıdı və yekun qərarı rəhbərlik verəcək: "Ceyms həm səviyyəsi yüksək olan futbolçudu, həm də yüksək ödənişli. Müqaviləylə hələ bizim kluba məxsusdu. Gələcək taleyiylə bağlı sual rəhbərliyə verilməlidi. Adeniyi baş məşqçi kimi mənə lazımdırmı? Səviyyəsi üstün bir futbolçudu və hər bir baş məşqçi belə oyunçunu heyətində olmağını istəyər. Klub rəhbərliyi onun müqavilə şərtlərini təmin edə bilərsə, nə xoş mənə. Bu, mümkün deyilsə, heç nə edə bilmərəm. Onda futbolçu yenə icarə məsələsi və ya birdəfəflik transferi məsələsiylə rəhbərlik məşğul olacaq".

 

Qeyd edək ki, Adeniyinin heyətində Azərbaycan Kubokunu qazandığı “Qəbələ” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

 

 

 

MEHMAN SÜLEYMANOV
 

 

 

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB