TOP 10

Rusiya klubunun futbolçusu Maykl Essyenlə birlikdə oynamaq istəyir

Futbol
Tarix: 2020-05-28 12:41

Rusiyanın "Ural" klubunun qanalı futbolçusu Petrus Bumal "Səbail"də çıxış edən həmyerlisi Maykl Essyenlə birlikdə oynamaq istədiyini söyləyib.  Sport24.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Çelsi"nin sabiq orta sahə oyunçuları Klod Makelele və Maykl Essyeni çox bəyəndiyini deyib: "Onların oyun tərzlərini özümə örnək götürürəm. Essyen ilə Makelele hücumçular və müdafiəçilər arasında tarazlığı qoruyurdular. Orada oynadıqları üçün "Çelsi"ni də çox sevirdim". 

 

Qeyd edək ki, 2019-cu ilin martından "Səbail"də çıxış edən 38 yaşı Essyen karyerası ərzində "Çelsi"ylə yanaşı, "Real" və "Milan" kimi Avropa nəhənglərinin formasını geyinib.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB