TOP 10

Klub prezidenti təsdiqlədi: Balotelli ayrılır

Dünya Futbolu
Tarix: 2020-05-28 14:00

İtaliyanın “Breşiya” klubu futbolçusu Mario Balotelli ilə yollarını ayırır. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, məsələylə bağlı açıqlama verən klubun prezidenti Massimo Çellino, Balotellinin ayrılığını təsdiqləyib:


“Balotelli məsələsi çox böyüdüldü və futbol adına danışılacaq bir şey qalmadı. O, qəribə bir insandı, fikri bizimlə deyil. Onun komandadan gedişini qəbul etmişəm. O, artıq karyerasında etdiyi hərəkətlərlə fərqlənmir. Balotelli növbəti mövsüm azad agent olacaq. Onu sadəcə media üçün almamışdıq, meydanda bizə fayda verəcəyinə inanmışdıq”.


Qeyd edək ki, Balotelli artıq “Breşiya”nın əsas komandasıyla məşq etməkdən imtina edib və o, gənclərdən ibarət komanda üçün ayrılmış sahədə məşq edir. Bu üzdən də “Breşiya” italyan hücumçuyla müqaviləyə xitam verəcək.


Balotelli ilə Braziliyanın “Vasko da Qama”, “Flamenqo”, “Botafoqo” və Türkiyənin “Qalatasaray” klubu maraqlanır.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB