TOP 10

Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı: "Təəssüf ki, işlər hər iki tərəfin ümid etdiyi kimi getmədi"

Futbol
Tarix: 2020-05-28 09:42

Avstriyanın "Austriya" (Klaqenfurt) klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Barış Ekincierlə yollarını ayırıb. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, icarə əsasında II liqa təmsilçisində çıxış edən 21 yaşlı yarımmüdafiəçi iyunun 1-də müqavilə ilə məxsus olduğu Almaniyanın "Bohum" klubuna qoşulacaq. 

 

"Austriya" bütün futbolçuların imzaladığı formanı Barışa təqdim edib. Avstriyada mövsümün iyunda bərpası planlaşdırılsa da, Klaqenfurt təmsilçisi Ekincierlə vidalaşmaq barədə razılığa gəlib. Millimizin üzvü klubun rəsmi saytına açıqlamasında bunları söyləyib: "Təəssüf ki, işlər hər iki tərəfin ümid etdiyi kimi getmədi. Ancaq komandada özümü çox rahat hiss edirdim". 

 

Qeyd edək ki, Ekincierin "Bohum"la müqaviləsi 2022-ci ilin yayında başa çatır.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB