TOP 10

Poqba yeni klubu ilə müqavilə imzaladı

Dünya Futbolu
Tarix: 2020-05-28 13:00

İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən Pol Poqbanın qardaşı Florentin Poqbanın yeni komandası müəyyənləşib. Sport24.az xəbər verir ki, o, gözlənildiyi kimi Fransanın 2-ci liqa təmsilçisi “Soşo”ya transfer olunub.
 

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi tibbi müayinələrdən uğurla keçib və 3 illik müqaviləyə imza atıb.


Xatırladaq ki, son klubu MLS təmsilçisi “Atlanta Yunated” olan Florentin Poqba, karyerası ərzində “Sedan”, “Sent-Etyen”, “Gənclərbirliyi” kimi komandalarda da forma geyinib.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB