TOP 10

Noyer “400” ilə 3-cü sırada

Dünya Futbolu
Tarix: 2020-05-27 22:14

“Bavariya” Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində səfərdə Dortmund “Borussiya”sına qalib gəlib – 1:0. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma “Bavariya”nın qapıçısı Manuel Noyer üçün əlamətdar olub.


Belə ki, “Borussiya” ilə görüş 34 yaşlı qapıçının Bundesliqadakı 400-cü matçı olub.


Noyerdən başqa, Almaniya Bundesliqasında hazırda karyerasını davam etdirənlər arasında 400 və daha çox oyun keçirən sadəcə iki futbolçu var. Bunlar “Verder”dən Klaudio Pisarro (487) və “Yunion”dan Kristian Gentnerdir (402).

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB