TOP 10

A Seriyasının bərpasıyla bağlı plan təsdiqləndi

Dünya Futbolu
Tarix: 2020-05-27 18:00

Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyasının bərpa tarixi məlum olub. Sport24.az xəbər verir ki, dünən 20 klubun nümayəndəsinin iştirakıyla keçirilən videokonfransda A Seriyasının iyunun 13-də bərpa olunmasıyla bağlı plan təsdiqlənib. Bu barədə “Football İtalia” saytı məlumat yayıb.


İyunun 13-də A Seriyasının 25-ci turundan təxirə salınan “Atalanta” – “Sassuolo”, “İnter” – “Sampdoriya”, “Torino” – “Parma” və “Verona” – “Kalyari” matçlarının keçirilməsi gözlənilir. A Seriyasının 26-cı turuna isə iyunun 20-dən start veriləcək.


Çempionatın bərpası haqda rəsmi qərar mayın 29-da İtaliyanın idman naziri, yerli futbol federasiyası və klubların nümayəndələrinin videokonfransından sonra veriləcək.

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB