TOP 10

Amin Seydiyevin gedişinə görə sıxıntı keçirməyən: "Bəhlulun transferində də deyirdilər ki, Bəhlul getdi, ancaq özünüz də gördünüz ki..."

Futbol
Tarix: 2020-05-27 17:02

"Klubumuzun prezidenti, baş meneceri Amin Seydiyevin gedişini artıq dəyərləndirib. Mən də öz növbəmdə Aminə uğurlar və karyerasında daha yüksək səviyyəyə qalxmağını arzulayıram. "Qəbələ"dən liderlərdən birinin gedişiylə bağlı fikir də, sıxıntı da gəlmir mənə". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

 

Azərbaycanda ən yaxşı futbol akademiyasına malik klub olan "qırmızı-qaralar" uğurlu yetirmələrindən birinin "Sabah"a transfer olunmasına razılıq verib.. Bu, Bəhlul Mustafazadənin ardında digər müdafiəçi Amin Seydyevdi. 22 yaşlı bu arxa xətt oyunçusu "Sabah"la cari mövsümün sonunda qüvvəyə minəcək 3 illik müqavilə imzalayıb. Baxşıyev Seydiyevin gedişinə görə narahat olmayaraq elə Mustafazadəni misal gətirib: "Bəhlulun tranferi reallaşanda da deyirdilər ki, Bəhlul getdi. Amma özünüz də gördünüz ki, üstündən heç 1 il keçmədi, Amin də Bəhlul səviyyəsində bir futbolçu çıxdı. Yenə ümid ediirk ki, Seydiyevin də yerini başqa bir oyunçu tutacaq və o səviyyədə də bir futbolçu yetişdirəcəyik". 

 

Xatırladaq ki, Baxşıyev "Qəbələ"nin əvəzedici komandasını çalışdıranda da Seydiyevlə birgə işləyib. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB