TOP 10

Essyen karyerasını "Səbail"də bitirəcək: "O, bu klubda oynamaqla, görünür, həm də futboldan sonrakı həyata hazırlaşır"

Futbol
Tarix: 2020-05-27 12:14

"Səbail"in qanalı futbolçusu Maykl Essyen karyerasını bitirməyə hazırlaşır. Sport24.az Qana mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi futbolla Bakı klubunda vidalaşacaq.

 

İddiaya görə, yaşının çox olması onu bu qərarı verməyə məcbur edir: "Essyen "Səbail"də oynamaqla, görünür, həm də futboldan sonrakı həyata hazırlaşır. Çünki o, U-19 komandasında baş məşqçinin köməkçisi işləməklə üzərinə məsuliyyət götürüb".

 

Bildirilir ki, bu yay "dənizçilər"lə müqaviləsi başa çatacaq Maykl mövsüm ləğv olunacağı halda, futboldan gedəcək: "Amma Premyer Liqa bərpa olunsa, Essyen mövsümü başa vurub sonra vidalaşacaq".

 

Qanalı futbolçunun karyerasını ölkəsinin "Liberty Professionals" klubunda başa vura biləcəyi də istisna olunmur. Lakin bununla bağlı heç bir tutarlı əsas yoxdur: "Onun özü də gələcəyi barədə dəqiq məlumat vermir".

 

Qeyd edək ki, 2019-cu ilin martından "Səbail"də çıxış edənl Essyen karyerası ərzində "Çelsi" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Milan" (İtaliya) kimi Avropa nəhənglərinin formasını geyinib.

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB