TOP 10

Qadın futbolçuları zorlayan federasiya prezidenti cəzalandı

Dünya Futbolu
Tarix: 2020-05-27 12:30

Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart gənc qızlara qarşı cinsi zorakılıqda ittiham edildiyi üçün cəzalanıb. Sport24.az xəbər verir ki, FİFA Etika Komitəsinin 84-cü və 85-ci maddələrinə əsasən, 72 yaşlı funksioneri 90 gün futboldan uzaqlaşdırılıb.

 

Ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qalan gənc qızlardan biri Jan-Bartın təcazvüzünə məruz qaldığını açıqlamışdı. Adı açıqlanmayan həmin qız deyib ki, federasiya daxilində “Dadu” ləqəbli şəxs qızları prezidentlə yatmağa təzyiq edir. Bununla razılaşmayanlar millidən qovulur. Qızlardan biri 2018-ci ildə 17 yaşında bakirəliyini itirib və abort etdirməli olub.

 

“Dadu” ləqəbli şəxs və 20 ildir federasiyadan çalışan Jan-Bart xəbəri təkzib edib.

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB